Üstün hüquqa malik təminatsız borc

Senior unsecured debt Müflislik halında bütün təminatsız və subordinasiyalaşdırılmış borclardan öncə ödənilən təminatsız borc.
Üstün hüquqa malik təminatlı borc
Üstündən atma
OBASTAN VİKİ
Borc
Borc - bir tərəfin müvəqqəti olaraq pul, yaxud ölçü, çəki, say və s. ilə müəyyən edilən əşyaları digər tərəfin mülkiyyətinə verməsini və onların mütləq həmin ölçüdə geriyə qaytarılmasını bildirən müqavilə.
Üstün Asutay
Üstün Asutay (1938, İstanbul - 4 avqust 2020, İstanbul) — Teatr, kino və serial aktyoru.
Malik
Malik — kişi adı.
Borc kapitalı
Borc kapitalı — borc şəklində alınan kapital. Kapitaldan fərqli olaraq, onun son tarixi var və qeyd-şərtsiz qaytarılır. Tipik olaraq, borc verənin xeyrinə dövri faiz tutulur. Borc kapitalı qısamüddətli (bir ilə qədər) və uzunmüddətli bölünür. Bir qayda olaraq, şirkətin inkişafı zamanı aşağıdakı borc kapitalı növləri ilə qarşılaşır (cəlb etmə qaydasında sadalanır): veksellər lizinq bank kreditləri sindikatlaşdırılmış kreditlər istiqrazlar kredit qeydləri sekuritləşdirilmiş aktivlər. "Borc kapitalının" mənbəsinin dəyəri bərabərdir 1 , 8 ∗ R ∗ ( 1 − T ) + ( I − 1 , 8 ) ∗ R {\displaystyle 1,8*R*(1-T)+(I-1,8)*R} , burada R {\displaystyle R} – Yenidən maliyyələşdirmə dərəcəsi, I {\displaystyle I} – kredit dərəcəsi, T {\displaystyle T} – gəlir vergisi dərəcəsi. == İstinadlar == == Ədəbiyyat == Алексей Герасименко. Финансовый менеджмент - это просто: Базовый курс для руководителей и начинающих специалистов. М.: Альпина Паблишер. 2013.
Fondlaşdırılmış borc
Çahar borc
Çarburc və ya Çaharbürc (fars. چهاربرج-چاربورج‎)— İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanının Mərhəmətabad bəxşində yerləşən bir şəhərdir. Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəsindən 21 km şimal-qərbdədir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,940 nəfər və 1,937 ailədən ibarət idi.
Borc əmsalı
Borc əmsalı (ing. debt ratio) — şirkətin borc vəsaitləri ilə təmin edilmiş aktivlərinin nisbəti. == Hesablama == Borc nisbəti şirkətin ümumi öhdəliklərinin onun ümumi aktivlərinə nisbəti kimi hesablanır (şirkətin imici daxil olmaqla, şirkətin cari və əsas vəsaitlərinin cəmi). Borc nisbəti = Ümumi öhdəliklər Ümumi aktivlər {\displaystyle {\mbox{Borc nisbəti}}={\frac {\mbox{Ümumi öhdəliklər}}{\mbox{Ümumi aktivlər}}}} Məsələn, 2 milyon dollar aktivi və 500.000 dollarlıq öhdəlikləri olan bir şirkətin borc nisbəti 25% olacaq. == Göstərici dəyəri == Bu nisbət şirkətin aktivlərinin borc vəsaitləri hesabına maliyyələşdirilən hissəsinin olduğunu göstərir. 0,5 və ya daha az nisbət şirkətin ilk növbədə özünü maliyyələşdirdiyini göstərir. Ümumi aktiv strukturunda borc vəsaitlərinin payı yüksək olan şirkətin yüksək levirici olduğu deyilir. Bu göstərici nə qədər yüksəkdirsə, şirkətin gələcək fəaliyyəti ilə bağlı risk bir o qədər yüksəkdir. Bundan əlavə, yüksək göstərici dəyəri həm də şirkətin borc əldə etmək qabiliyyətinin zəif olduğunu göstərə bilər ki, bu da şirkətin maliyyə çevikliyini poza bilər (zəruri vaxtlarda lazımi vəsait toplamaq imkanı). Digər maliyyə əmsalları kimi, şirkətin borc əmsalı həmişə onun sənaye ortalaması və ya rəqiblərinin orta göstəricisi ilə müqayisə edilməlidir.
Fəzlürrəhman Malik
Fəzlürrəhman Malik (21 sentyabr 1919 - 26 iyul 1988)—İslam alimi. == Həyatı == Yenilikçi, “tarixi təfsir” anlayışının qurucusu Fəzlürrəhman 1919-cu il sentyabr ayının 21-də bugünkü Pakistanın (o vaxt Hindistanın) tərkibində olan Hazara şəhərində dünyaya gəlib. Atası Mövlanə Şəhabəddin Diyabəndi cərəyanına mənsub alim idi. İlk təhsilini atasından alan Fəzlürrəhman 10 yaşında ikən Quranı əzbərlədikdən sonra təhsilini mədrəsədə davam etdirir. 1933-cü ildə ailəsi ilə birlikdə Lahor şəhərinə köçən Fəzlürrəhman Pəncab universitetində təhsil almağa başlayır. 1940-cı ildə sözügedən universitetdən məzun olan Fəzlürrəhman 2 il sonra magistratura təhsilini başa vuraraq, universitetdə assistent kimi fəaliyyətə başlayır. Fəzlürrəhman 1946-49-cu illərdə Oksford universitetində doktorluq dissertasiyasını müdafiə edərkən İslam fəlsəfəsi ilə maraqlanmağa başlayır. Bu dövr gələcək alimin fikirlərinin formalaşmasında mühüm rol oynayır. Doktorluq işini müdafiə etdikdən sonra Oksford universitetində “Fars mədəniyyəti və İslam fəlsəfəsi” müəllimi kimi pedaqoji fəaliyyətinə başlayan Fəzlürrəhman daha sonra Durham və Kanadanın Mak Gill universitetlərində fəaliyyətini davam etdirir. Ali daha sonra Pakistanda hərbi çevrilişlə hakimiyyəti ələ keçirən Əyyub Xanın dəvətini qəbul edərək, Pakistana qayıdır və 1961-68-ci illərdə Əyyub Xanın müşaviri olmaqla yanaşı, İslam Araşdırmaları İnstitutunun müdiri vəzifəsini icra edir, iki jurnal təsis edir.
Malik Bayramov
Malik Bağışov
Şəhid Malik Sədaqət oğlu Bağışov (18 avqust 1974, Lerik – 1995) — şəhid. 18 avqust 1974-cü ildə Lerik şəhərində ziyalı ailəsində doğulmuşdur. 1981-ci ildə hazırda adını daşıyan M.Bağışov adına şəhər 3 saylı tam orta məktəbin 1 ci sinfinə getmiş, 1991 ci ildə A. Nuriyev adına şəhər 1 saylı riyaziyyat təmayüllü orta məktəbinin 10 cu sinfini bitirib, Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992 ci ildə təhsilini yarıda qoyaraq Vətənin dar günündə onun müdafiəsinə qoşulmuşdur. Beləliklə qısa hərbi təlim keçdikdən sonra Malik ön cəbhəyə düşmənlə mübarizəyə yollanmışdır. Döyüş əməliyyatlarında Ağdam, Füzuli, Xocavənd, Beyləqan rayonunun, Haramı düzündə düşmənə ağır zərbələr endirərək həddini bildirmişdir. Buna görə yüksək Komandanlıq tərəfindən cəsur və qorxmaz döyüşçü kimi tanınmışdır. 20 fevral 1995 ci ildə döyüş tapşırığını yerinə yetirərkən minlərlə övladlarımız kimi düşmən gülləsinə tuş gəlmiş və "Şəhidlik" zirvəsinə ucalmışdır. Malik Sədaqət oğlu Bağışovun Fevralın 20-si anım günüdür. Anım günü ilə əlaqədər adını əbədiləşdirən şəhər 3 saylı tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə tədbir keçrilir.
Malik Mahmudov
Malik Mahmudov (Malik Rüstəm oğlu Mahmudov; 4 noyabr 1938, Ordubad – 1991) — görkəmli Azərbaycan ərəbşünası, şərqşünas-alim, professor. == Həyatı == Malik Rüstəm oğlu Mahmudov 1938-ci ildə noyabr ayinin 4-də Ordubad şəhərində fəhlə ailəsində anadan olmuş, erkən yaşlarında atasını itirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində yeni açılmış ərəb şöbəsinə daxil olmuşdur. 1961–1962-ci illərdə Bağdad Universitetində təcrübə keçmiş 1962-ci ildə Malik Mahmudov ölkəmizdə ərəb ədəbiyyatı üzrə ilk qadın elmlər doktoru professor Aida İmanquliyeva, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədov, dosent Malik Qarayev kimi tanınmış şərqşünaslarla birlikdə ərəb şöbəsinin ilk məzunlarından olmuşdur. 1991-ci ildə Malik Mahmudov vəfat etmişdir. == Elmi fəaliyyəti == İraqdan qayıtdıqdan sonra Malik müəllim Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna kiçik elmi işçi kimi qəbul olunmuşdur. O, ərəb ədəbiyyatında şərh janrının banilərindən sayılan, Bağdaddakı məşhur "Nizamiyyə" Universitetinin aparıcı müəllimlərindən dahi Azərbaycan alimi Xətib Təbrizinin (1030–1109) həyat və yaradıcılığını dərindən araşdırmışdır. 1967-ci ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-ci ildən 1972-ci ilədək Şərqşünaslıq institutunda ərəb ədəbiyyatı şöbəsinin müdiri işləmişdir. 1972-ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin yaxın şərq xalqları ədəbiyyatı kafedrasına baş müəllim kimi dəvət olunmuşdur.
Malik Mansurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Malik Mirzəyev
Malik Hüseyn oğlu Mirzəyev (d. 25 dekabr, 1936-cı il, Laçın rayonu, Sadınlar) — dosent, coğrafiya elmləri namizədi. == Həyatı == Malik Mİrzəyev 25 dekabr 1936-cı ildə Laçın rayonunun Sadınlar kəndində ziyalı ailəsində anadan olub. Atası Hüseyn Mirzə oğlu Gəncədə və Tiflisdə mükəmməl təhsil almışdır. Malik Mirzəyev Laçın şəhər orta məktəbini bitirmiş, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsinə daxil olmuş, 1961-ci ildə fiziki-coğrafiya ixtisası üzrə məzun olmuşdur. 1961-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Eroziya bölməsində kiçik elmi işçi işləmiş, 1963-1966-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya institutunun əyani aspiranturasını bitirmişdir. 1967-ci ildə “Qarabağ vulkanik yaylasının landşaftı və təbii rayonları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Malik Mirzəyev 1967-1976-cı illərdə Pedaqoji Universitetdə müəllim, baş müəllim, dosent, 1976-1986-cı illərdə ETPEİ-də baş elmi işçi, 1986-cı ildən ömrünün sonuna qədər Azərbaycan Müəllimlər İnstitutunda dosent vəzifəsində çalışmışdır. Onun 300-ə qədər elmi-bədii publisistik məaqlələri, kiçik hekayələri, ona qədər kitabı, dərslikləri və metodik vəsaitləri çap olunmuşdur. Məktəblərdə onun müəllifi olduğu “Təbiətşünaslıq” (II, IV, V siniflər) və “Coğrafiya” (VI sinif) dərsliklərindən istifadə olunur.
Malik Mənsurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Malik Namazov
Malik Qabdullin
Malik Qabdullin (qaz. Мәлік Ғабдуллин; 2 (15) noyabr 1915, Qoysalğan[d] – 2 yanvar 1973, Almatı) — Qazaxıstanlı sovet alim-müəllimi, yazıçı, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü (1959), Qazaxıstan SSR-nin əməkdar elm xadimi (1961), filologiya elmləri doktoru, professor (1959), Sovet İttifaqı Qəhrəmanı (1943). 1940-cı ildən bəri Sov.İKP üzvü. == Bioqrafiyası == Malik Qabdullin 2 (15) noyabr 1915-ci ildə Puxalskoye kəndində (indi Qazaxıstanın Akmola vilayətinin Zerendinsky rayonunda) anadan olub. Birbaşa Kanay Kuttımbetulyin nəslindəndir Orta juzun Qazaxlarının liderlərindən biri, Abılay Xanın baş müşaviri və XVIII əsrin ictimai xadimi. 14 yaşından etibarən Malik məşhur qazax yazıçısı Sabit Mukanovun ailəsində böyümüşdür. 1935-ci ildə Abay adına Qazaxıstan Pedaqoji İnstitutunu bitirib. Məzun olduqdan sonra Malik Qabdullin hərbi xidmətdə idi (1935-1937). Sonra "Sosialist Qazaxıstan" qəzetində ədəbi işçi (1937), "Qazaxıstan pioneri" qəzetinin redaktor müavini (1938), SSRİ Qazaxıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda tədqiqatçı (1938), 1938 - 1946 — Abay adına KazPİ-də aspirant. Qabdullin, faşistlərin üstünlük təşkil edən qüvvələri ilə döyüşdə 2 tankı qumbara ilə yıxan, çox sayda faşisti məhv edən və 12 əsiri götürən bir qrup əsgərə rəhbərlik etdi.
Malik Qarazadə
Malik Qarazadə (1939, Mollaoba, Masallı rayonu) — şərqşünas alim. == Həyatı == Malik Qarazadə 1939-cu ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Dindar bir ailədə böyümüş Malik Qarazadə uşaq yaşlarından ərəb, fars dillərinə, klassik Şərq ədəbiyyatına, Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına böyük maraq göstərmiş, müqəddəs kitabımız Quranı öyrənməyə başlamışdır. Dinimizə və onun açarı olan ərəb dilinə böyük sevgi Maliki BDU-nun (o zamankı Azərbaycan Dövlət Universiteti) şərqşünaslıq fakültəsinə gətirmişdir. Malik Qarazadə 1957-ci ildə BDU-nun şərqşünaslıq fakültəsinın nəzdində yenicə təşkil edilmiş ərəb şöbəsinə daxil olmuş, 1961-ci ildə oranı vaxtından əvvəl fərqlənmə diplomu ilə bitirmiş və elə həmin ildə ərəb dili kafedrasına müəllim təyin olunmuşdur. M. Qarazadə 1962-ci ilin yanvarından dekabr ayınadək Bağdad Universitetində təcrübə keçmiş, vətənə qayıtdıqdan sonra BDU-da pedaqoji fəaliyyətini davam etdirmişdir. O, ərəb dili kafedrasında çalışdığı müddət ərzində bir neçə dəfə ərəb ölkələrində, o cümlədən Suriyada, İraqda və Yəməndə qısa və uzunmüddətli ezamiyyətlərdə olmuşdur. Pedaqoji fəaliyyətlə elmi yaradıcılığı üzvi surətdə birləşdirən Malik Qarazadə 1989-cu ildə Gürcüstanın paytaxtı Tbilisidə "Müasir ərəb ədəbi dilində söz sırası" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş, 1991-ci ildə dosent elmi adını almışdır. Malik müəllim 1995-ci ilin dekabr ayında BDU-nun ilahiyyat fakültəsinın nəzdində təşkil olunmuş dillər kafedrasının müdiri vəzifəsinə seçilmiş və 2008-ci ilin yanvar ayına qədər, daha dəqiq desək, ömrünün sonunadək həmin vəzifədə çalışmışdır. Qırx ildən artıq elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş Malik Qarazadə bu müddət ərzində yüzlərlə ərəbşünas yetişdirməklə yanaşı, bir sıra kitab, dərslik, dərs vəsaiti və s.
Malik Quliyev
Malik Quliyev (1952) — tarzən, sənətşünas == Həyatı == Malik Bayram oğlu 1952-ci ildə aprelin 29-da Füzuli rayonunun Kərimbəyli kəndində doğulub. 1960-cı ildə Kərimbəyli kənd məktəbinin birinci sinifinə daxil olub. Mərhum Ağabala Abdullayevin məsləhəti ilə Füzuli rayon musiqi məktəbinə qəbul olunub. 1960-cı ildə musiqi məktəbində və V. Sərdarov adına orta məktəbdə təhsilinin davam etdirib. 1968-ci ildə orta məktəbin VII sinfini və musiqi məktəbini bitirib. Sonra Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbinə (indiki Azərbaycan Dövlət Musiqi Kolleci) qəbul olub, 1972-ci ildə oranı bitirib. Təyinatla Cəbrayıl rayonununa tar müəllimi göndərilib. 1973–1975-ci illərdə hərbi xidmətdə olub. 1976-cı ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub, 1981-ci ildə konservatoriyanı bitirib. Sumqayıt musiqi texnikumunada konsermeystr, müəllim, şöbə müdiri işləyib.
Malik Ramazanzadə
Malik Heydər oğlu Ramazanzadə (21 mart 1912, Əmircan, Bakı qəzası – 22 iyul 1987, Bakı) — texnika elmləri doktoru (1968), professor (1969), Azərbaycan SSR EA-nın müxbir üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1970). == Həyatı == Malik Ramazanzadə 21 mart 1912-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. Ali təhsilini 1927–1931-ci illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində alıb. == Əmək fəaliyyəti == Malik Ramazanzadə 1931-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Fizika kafedrasında əmək fəaliyyətinə başlayıb. Həmin kafedrada fasiləsiz olaraq baş laborant, assisent, dosent vəzifəsində, 1948-ci ildən ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə kafedrada texniki institutlar arasında ən geniş və müasir avadanlıqlarla təchiz olunmuş və yüksək tələblərə uyğun olan laboratoriyalar yaradılıb. == Akademik fəaliyyəti == Malik Ramazanzadə 1941-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru, 1968-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsini alıb. O, 1969-cu ildə professor adına layiq görülüb. 21 aprel 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib. Tanınmış maarfçi Malik Ramazanzadə ölkədə ilk dəfə olaraq ali texniki məktəblər üçün Azərbaycan dilində "Ümumi Fizika" adlı dərslik yazıb.
Malik Tiav
Malik Tiav (8 avqust 2001, Düsseldorf) — Alman-Finlandiyalı peşəkar futbolçu,. Hal hazırda İtaliyanın "Milan" klubunda mərkəz müdafiəçisi kimi çıxış edir. == Karyerası == Uşaqlıqda Tiav, Almaniyanın Düsseldorf şəhərinin "TV Kalkum-Wittlaer" klubunda oynayıb. Daha sonra "Fortuna Düsseldorf", "Bayer 04 Leverkusen" və "Borussia Münhenqladbax" klublarının uşaq komandalarında oynayıb. 2015-ci ildə "Şalke 04" klubunun gənclər akademiyasına qoşulur. O, 7 mart 2020-ci ildə Bundesliqada "Hoffenhaym" klubuyla 1–1 hesablı heç-heçə ilə bitmiş oyunda "Şalke"nin heyətində peşəkar debüt etdi. === Milan === 29 avqust 2022-ci ildə Tiav, A Seriyası klubu "Milan" ilə 30 iyun 2027-ci ilə qədər müqavilə bağladı.
Malik Xeyirbəyov
Malik İbrahim
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir.
Malik Əliyev
Malik Əsədov
Malik Əsədov (tam adı: Əsədov Malik Hamil oğlu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidməti Qazaxıstanda başa vurmuşdur. == Döyüşlərdə iştirakı == Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni faşistləri Maliki qəddarlıqla qətlə yetirdilər. == Ailəsi == Ailəli idi. == Xatirəsi == Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.
Malik Əştər
Malik Əştər ibn Haris (585, Böyük Yəmən[d] – 658) — Həzrət Əlinin tərəfdarlarından biri. == Həyatı == Malik Əştər Nəxəi adı ilə tanınan Malik ibn Yəcus Nəxəi Yəmənin Məzhəc qəbiləsinin Nəxə nəslindəndir. Malik Əştər İmam Əlinin xüsusi köməkçilərindən və səhabələrindən biridir. O, böyük ordu sərkərdəsi və şücaətli şəxslərdən idi. Malik Əştərin Peyğəmbərin besətindən əvvəl dünyaya gəlməsi tarixi mənbələrdə qeyd olunur. Peyğəmbərin nümayəndələrinin Yəmənə gəlməsindən öncə Malikin həyatı barədə əldə heç bir məlumat yoxdur. Bəzi mənbələrdə Malik Əştər Peyğəmbərin ömrünün sonlarında İslam dinini qəbul etməsi və raşidi xəlifələrinin zamanında Şama hicrət etməsi qeyd olunub, lakin Onun tabein olduğu bildirilir. Malik qəsbkar xəlifələrin bidətlərilə daim mübarizə aparırdı. O, Qadisiyyə müharibəsindən sonra Kufədə məskunlaşdı. Orada nüfuzlu şəxslərdən olduğu üçün Osmanın xilafəti zamanında Əməvi hakimlərinin zülmünə qarşı çıxaraq, mücahidləri müdafiə edib.